Ukrayna prezidenti Vladimir Zelenski Almaniya kansleri Fridrix Merzi Krım körpüsünə “Taurus” raket zərbəsi vurulması əməliyyatına cəlb etməyə çalışır. Alman siyasətçi belə bir addım atarsa, Rusiya ilə Almaniya arasında müharibə 2025-ci ilin iyununda başlaya bilər. Bunu rusiyalı politoloq Sergey Markov Telegram kanalında yazıb.
Ekspertin fikrincə, Merz Krım körpüsünə “Taurus” raketindən endiriləcək zərbəyə görə məsuliyyəti Kiyevin üzərinə atmağa cəhd edə bilər. Lakin Markovun sözlərinə görə, Moskva bunu Almaniyanın Rusiyaya qarşı münaqişədə birbaşa iştirakı kimi qəbul edəcək.
"Rusiya ordusu Almaniya ərazisinə, "Taurus" raketlərinin istehsal sahələrinə və onların anbarlarına raket zərbəsi endirəcək. Almaniya ilə Rusiya arasında raket zərbələrindən ibarət döyüşlər başlayacaq. NATO isə Rusiyaya müharibə elan edəcək. Bütün bunlar hazırda Zelenskinin planıdır", - politoloq öz proqnozlarını bölüşüb.
Tural