İtkin erməni hərbçilərin yaxınları yenə yolu bağladılar - VİDEO

İtkin erməni hərbçilərin yaxınları yenə yolu bağladılar - VİDEO
12:35

Xəbər verdiyimiz kimi Ermənistanda bir neçə gündür ki, etiraz aksiyaları keçirilir. İkinci Qarabağ müharibəsi zamanı itkin düşmüş döyüşçülərin yaxınları Baqramyan prospektini bağlamağa davam edirlər. Yerli medianın yaydığı məlumata görə, onlar Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş direktoru Armen Abazyanın öz vəzifəsinə bərpa olunmasını və ya yeni direktor əvəzi ilə görüşməsini tələb edirlər. 

Yerli media yazır ki, etirazçılar əmin olmaq istəyirlər ki, oğullarının problemləri ilə məşğul olan komissiya eyni tempdə işini davam etdirəcək.

 "Tələbimiz əvvlki kimi qalır. Biz bilmək istəyirik ki, Abazyandan sonra övladlarımızın problemi ilə kim məşğul olacaq. Həmin adam gəlsin desin ki, bu mənəm!. Onunla tanış olaq, evimizə də gəlsin. Yaxud da kimsə gəlib desin ki, "Postda hələ heç kim yoxdur", -etirazçılardan biri jurnalistlərə deyib.


Tural


Sizin reklam burada
Sizin reklam burada