İtkin düşən şəxsin meyiti kanalda AŞKARLANDI

İtkin düşən şəxsin meyiti kanalda AŞKARLANDI
08 İyn 2025 17:38

Ceyranbatan qəsəbəsində iki gün əvvəl itkin düşən şəxsin meyiti aşkarlanıb.

42 yaşlı Elgiz Axundovun meyiti kanalda aşkar olunub.

İlkin ehtimallara görə, o, kanalda boğularaq həyatını itirib.

Qeyd edək ki, 1983-cü il təvəllüdlü Elgiz Elbrus oğlu Axundov iki gün əvvəl evdən çıxaraq geri dönməyib, ailəsi isə axtarışlara baxmayaraq, bugünədək ondan xəbər almayıb.

Hazırda faktla bağlı müvafiq araşdırmalar aparılır.


Sizin reklam burada
Sizin reklam burada