İtaliyada qar uçqunu: ölənlər var

İtaliyada qar uçqunu: ölənlər var
12 Yan 2025 23:15

Alp dağlarının İtaliyanın şimalındakı Piemont regionundan keçən hissəsində 5 nəfər qar uçqunu altında qalıb.


News365.az xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb.


Qar uçqunundan sonra bölgədə axtarış-xilasetmə işləri başlayıb. Qeyd edilir ki, təbii hadisə nəticəsində 3 nəfər həyatını itirib, 2 nəfər xilas edilib.


Zərəçəkənlər xəstəxanaya aparılıb.


Onların xizəkçi və ya turist olduqları hələ məlum deyil.


Sizin reklam burada
Sizin reklam burada