Yeni "Qış müharibəsi" başlayacaq?

Yeni "Qış müharibəsi" başlayacaq?
13 Mar 2025 10:20

Finlandiya ərazisi tədricən Qərbin Rusiyaya qarşı təcavüzü üçün tramplinə çevrilir. Bunu “Milli Müdafiə” jurnalına müsahibəsində Rusiya prezidentinin köməkçisi və Rusiya Hərbi Dəniz Qüvvələri Kollegiyasının sədri Nikolay Patruşev deyib.


Rusiya prezidentinin köməkçisi xatırladıb ki, 1939-cu ildə Finlandiya ilə tarixi "Qış müharibəsi" ərəfəsində Moskva ərazi mübadiləsini təklif edərək sona qədər problemi sülh yolu ilə həll etməyə çalışıb. Lakin Finlandiya Rusiyanın sülh təşəbbüslərini rədd etdi və öz hərbi potensialını artırmağa başladı ki, bu da Sovet İttifaqının təhlükəsizliyinə real təhlükə yaradırdı.


"Bu gün biz oxşar vəziyyəti görürük - Finlandiya ərazisi yenidən Rusiyaya qarşı potensial təcavüz üçün tramplinə çevrilir. İndi bu NATO-nun himayəsi altında edilir", - o vurğulayıb.



Tural


Sizin reklam burada
Sizin reklam burada