İşsizlikdən sığorta fondunun xərcləri artırılıb

İşsizlikdən sığorta fondunun xərcləri artırılıb
17:25

2026-cı il üzrə işsizlikdən sığorta fondunun xərcləri 266,4 milyon manat (2025-ci illə müqayisədə 2.2% və ya 5.7 milyon manat çox) proqnozlaşdırılır.

News365.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

İşsizlikdən sığorta fondunun 2026-cı il büdcəsinin gəlirləri 238 300 000,0 manat olacaq.
Fondun 2026-cı il yanvarın 1-nə yaradılmış ehtiyatından 2026-cı ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilən 28 100 000,0 manat müəyyənləşdirilib.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.


Sizin reklam burada
Sizin reklam burada