İsrail qırıcıları yenidən Suriyanı bombaladı

İsrail qırıcıları yenidən Suriyanı bombaladı
11 Mar 2025 13:50

İsrail Hərbi Hava Qüvvələri Suriyanın cənubundakı Suveyda əyalətindəki Xalxala aviabazasına zərbələr endirib. Bu barədə Suriyanın "Syriya Tv" telekanalı məlumat yayıb.

"İşğalçı İsrail aviasiyası Suveyda əyalətindəki Xalxal hərbi aerodromunun ərazisinə hava zərbələri endirib", - məlumatda deyilir.


İsrail Müdafiə Qüvvələrinin (ÇAXAL) sözçüsü Avixay Adrei isə özünün X sosial şəbəkə hesabında yazıb ki, İsrail təyyarələri keçmiş Suriya rejiminin radarlarına, müşahidə avadanlıqlarına, komanda məntəqələrinə və hərbi obyektlərinə zərbələr endirib. O qeyd edib ki, ölkənin cənubunda bu obyektlərin olması İsrail üçün təhlükə yaradır və bu obyektlərə zərbələr “gələcək təhlükələri aradan qaldırmaq”, sərhəd təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır.

İsrailin "Kanal 14" telekanalının məlumatına görə, hücumların hədəfi Suriya ordusuna məxsus obyektlər, o cümlədən üsyançıların nəzarəti ələ keçirməyə çalışdıqları silah anbarları, radarlar, tanklar və silahlar olub.

Tural


Sizin reklam burada
Sizin reklam burada