İsrail Irana cavab verəcəkmi?- Açıqlama

İsrail Irana cavab verəcəkmi?-  Açıqlama
15 Apr 2024 10:36

"Hal-hazırda dünya gözləyir ki, İsrail Irana cavab verəcək. Ancaq bu olmaya bilər. Çünki Israil HƏMAS-la məsələsini hələ həll etməyib".

Hərbi ekspert Şair Ramaldanov bunu news365.az-a açıqlamasında bildirib.

"Biz nəzərə alsaq ki, İsrail HƏMAS-la məsələsini qurtarmayıb və Israilin Iranın raket və pualarının qarşını almağa ABŞ və Iordaniya kömək edib. Belə olduğu halda Israilin ikinci cəbhə açmaq üçün ehtimalı yoxdur". 

Politoloq Əli Zülfüqaroğlu isə bildirib ki, Netanyahunun məqsədini savaş coğrafiyasını genişləndirməkdən ibarətdir:

"Netanyahunun məqsədi yaxın Şərqdə savaş coğrafiyası genişləndirmək və beləliklə də İsrailə təhdidlər görüntüsü yaratmaqla Birləşmiş Ştatlarının tələbi və dəstəyinə nail olmaqdan ibarətdir. Belə bir vəziyyətdə Netanyahunun siyasi karyerası, uzandığı halda Birləşmiş Ştatların yaxın Şərqdəki mövqeləri təhdid altına düşür. Birləşmiş ştatların yaxın şərqdəki mövqelərinə İran tərəfindən hər hansı bir zərbələr endiriblərsə, bu Baydenin seçki öncəsi reytinqinə ciddi şəkildə təsir edəcək"-deyə vurğulayıb.

Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər