İsrail daha bir "Hizbullah" komandirini zərərsizləşdirib

İsrail daha bir "Hizbullah" komandirini zərərsizləşdirib
31 May 2025 12:01

İsrail ordusunun Livanın cənubundakı Deyr-əz-Zəhrani rayonuna endirdiyi aviazərbələr nəticəsində “Hizbullah” terror qruplaşmasının raket qrupunun komandiri Məhəmməd Əli Camul zərərsizləşdirilib. 

News365.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin “Teleqram” hesabında məlumat verilib. 

Bildirilib ki, bu şəxsin fəaliyyəti İsrail və Livan arasındakı razılaşmaların icrasına əngəl törədib. 

Məlumatda həmçinin, İsrail Ordusunun ölkəyə yönələn istənilən təhlükənin qarşısını almağa davam edəcəyi də açıqlanıb.


Sizin reklam burada
Sizin reklam burada