İsrailin “El Al” aviaşirkəti iyunun 17-dək bütün reysləri ləğv edib.
Bir sıra şəhərlərə, o cümlədən Moskvaya uçuşlara məhdudiyyətlər iyunun 23-dək qüvvədə olacaq.
“Təhlükəsizlik orqanlarının qərarına əsasən, İsrail hava məkanı mülki uçuşların qalxması və enişi üçün bağlı qalır”, – aviaşirkətin açıqlamasında bildirilir.
Onlar əlavə ediblər ki, bununla əlaqədar olaraq bütün “El Al” reysləri iyunun 17-si daxil olmaqla, çərşənbə axşamına qədər təxirə salınıb. İyunun 23-dək Berlin, Tbilisi, Barselona, Batumi, Varşava, Münhen, Moskva və bir sıra digər böyük şəhərlərə uçuşlar da ləğv edilib.