İspaniya La Liqası: Madrid derbisinin qalibi "Real" oldu

İspaniya La Liqası: Madrid derbisinin qalibi "Real" oldu
09:07

İspaniya La Liqasının 29-cu turunda Madrid derbisi baş tutub.

Oxu.Az xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda "Real Madrid" "Atletiko Madrid"i qəbul edib.

Görüş 3:2 hesabı ilə "kral klubu"nun qələbəsi ilə başa çatıb.

Hesabı 33-cü dəqiqədə Lukmanın qolu ilə qonaqlar açıblar. 52-ci dəqiqədə Vinisius, 55-ci dəqiqədə Valverde "Real"ı hesabda önə çıxarıblar. 66-cı dəqiqədə Molina hesabı bərabərləşdirsə də, 72-ci dəqiqədə Vinisius oyunda son nöqtəni qoyub - 3:2.

Bu nəticədən sonra "Real Madrid" 69 xalla ikinci, "Atletiko Madrid" 57 xalla dördüncüdür.


Sizin reklam burada
Sizin reklam burada