Antalyada günlərdir itkin düşən Kübra Yapıcının qətlə yetirildiyi məlum olub.
News365.az xarici mediaya istinadla verdiyi məlumata görə, o, borc məsələsi üstündə meşəlik ərazidə silahla öldürülüb.
Məlumata görə, cinayəti törədən şəxslər hadisədən sonra cəsədi yandıraraq hissələrini su hövzəsinə atıblar.
Faktla bağlı iki şübhəli şəxs saxlanılıb. Bir şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Hadisə ilə bağlı araşdırma davam edir.