İslam Oyunları: Azərbaycan idmançıları paraddan keçib

İslam Oyunları: Azərbaycan idmançıları paraddan keçib
07 Noy 2025 22:40

Azərbaycan idmançıları Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində rəsmi paraddan keçirlər.

News365.azxəbər verir ki, tədbir "Al Janadryah"da təşkil olunur.

Paradda Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyırlar.

Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 növdə medallar uğrunda mübarizə aparır.

Azərbaycan yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.

Qeyd edək ki, İslamiadanın bağlanış mərasimi noyabrın 21-də olacaq./APA


Sizin reklam burada
Sizin reklam burada