"İşğal zamanı Qarabağda da biz təxribatların şahidi olurduq"- Hərbi ekspert

"İşğal zamanı Qarabağda da biz təxribatların şahidi olurduq"- Hərbi ekspert
07 Mar 2025 11:06

"İşğal zamanı Qarabağda da biz bu hadisələrin şahidi olurduq. Tez-tez yanğınlar baş verirdi, xüsusilə də taxıl sahələri və digər əkin-biçin sahələri ermənilər tərəfindən qəsdən yandırılırdı. Yenə də vurğulamaq istəyirəm ki, Qarabağda Azərbaycanın iqtisadiyyatına və infrastrukturuna, xüsusən də ordumuz tərəfindən yaradılmış obyektlərə zərər vurmaq məqsədilə ermənilərin keçmək cəhdlərinin qarşısını almaq üçün bu ərazilər nəzarətdə saxlanılırdı."

Hərbi ekspert Telman Qasımov bunu News365.az-a şərh edib. 

"Sərhəd istiqamətində baş verən yanğınlar ekoloji terrorun bir formasıdır. Ermənistan tərəfi bu yanğınları törətməklə hesab edir ki, alov Azərbaycan ərazisinə yayılaraq orada müəyyən problemlər yaradacaq. Bu səbəbdən Azərbaycan yanğınsöndürən qüvvələrini səfərbər edərək yanğının qarşısını almağa çalışır. Əgər bu ərazilər Ermənistan tərəfindən qəsdən yandırılırsa, nəticədə hər hansı bir infrastruktur ziyan görürsə və ya insanların həyatı üçün təhlükə yaranırsa, beynəlxalq təşkilatlar, xüsusilə Avropa qurumları müdaxilə etməlidir.

Ən azından bu cür halların qarşısını almaq üçün addımlar atılmalıdır, çünki belə təxribatlar gələcəkdə və ya yaxın zamanda daha ciddi toqquşmalara səbəb ola bilər."- deyə fikirlərini bildirib. 



Sizin reklam burada
Sizin reklam burada