İrlandiyalı jurnalist Putinin bəyanatından sonra Qərbi dua etməyə çağırdı

İrlandiyalı jurnalist Putinin bəyanatından sonra Qərbi dua etməyə çağırdı
23 Noy 2024 10:54

Qərb ölkələrində olanlar dua etməlidirlər ki, Britaniya, ABŞ və Fransadakı siyasi liderlər Rusiya prezidenti Vladimir Putinin Ukrayna münaqişəsinin gərginləşməsinə Moskvanın cavab reaksiyası ilə bağlı bəyanatını eşitsinlər. Bu barədə məşhur irlandiyalı jurnalist Çey Bouz X sosial şəbəkəsindəki (keçmiş Twitter-red.) səhifəsində bildirib.

“Gəlin hamımız dua edək ki, London, Vaşinqton və Paris ona qulaq assın (Putinə – red.)”,- o, vurğulayıb.

Bouzun sözlərinə görə, Putinin Ukraynanın Dneprdəki hərbi zavoduna qarşı “Oreşnik” raketindən istifadə edilməsi və NATO-nun münaqişənin gərginləşməsinə Rusiya Federasiyasının cavab vermək hüququ barədə bəyanatından sonra artıq heç bir qeyri-müəyyənlik qalmayıb.

Xatırladaq ki, noyabrın 19-da Putin ölkənin nüvə çəkindiriciliyi sahəsində dövlət siyasətinin əsas prinsiplərini təsdiqləyib. Yenilənmiş doktrina, nüvə silahına malik ölkələrin iştirak etdiyi və ya dəstəklədiyi təqdirdə qeyri-nüvə dövlətinin Rusiyaya təcavüzü zamanı Moskvanın nüvə silahından istifadə etmək hüququna malik olmasını nəzərdə tutur. Bu, Rusiya Federasiyasına nüvə dövləti ilə birgə hücum kimi qiymətləndiriləcək.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər