Milli Məclisin aparatında yeni təyinat olun.
News365.az xəbər verir ki, Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Şəxsi işlərin aparılması sektoruna yeni müdir təyin edilib.
Sözügedən vəzifəyə Ramil Cəfərov gətirilib. 1986-cı il təvəllüdlü dövlət qulluqçusunun ixtisası beynəlxalq iqtisadi münasibətlər, Regional idarəetmədir.
Qeyd edək ki, əvvəllər bu vəzifəni tutan Kənan Axundov bir neçə gün əvvəl Milli Məclisin sədr müavininin köməkçisi təyin edilib.