Namizədlərin sayının çox olması narahatlıq yaratmır - MSK sədri

Namizədlərin sayının çox olması narahatlıq yaratmır - MSK sədri
26 Noy 2024 17:03

Bələdiyyə seçkilərində namizədlərin sayının çox olması narahatlıq yaratmır. 

News365.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında bildirib. 

Onun sözlərinə görə, MSK-nın mövqeyi budur ki, namizədliyi qanunla qadağan edilməyən hər kəs bələdiyyə seçkilərində iştirak edə bilər. 

"Xüsusilə, qadınlara müraciət edirik ki, bələdiyyə seçkilərində namizəd kimi iştirak etsinlər. Namizədliyə iddialı şəxslər imzaları dairənin hüdudları daxilində toplamalıdırlar. Bu, yerinə yetirilibsə, toplanan imzalarla əlaqədar dairə seçki komissiyasının (DSK) digər məsələlərə münasibət bildirmək hüququ yoxdur", - MSK sədri əlavə edib.


Youtube kanalımız

Oxşar xəbərlər