İrəvanda Rusiya-Ermənistan Universitetini partlatmaq istəyiblər?

İrəvanda  Rusiya-Ermənistan Universitetini partlatmaq istəyiblər?
19 Apr 2024 12:10

Ermənistan Daxili İşlər Nazirliyi Rusiya-Ermənistan Universitetinin (RAU) binasında partlayıcı qurğu quraşdırılması ilə bağlı məlumatları araşdırır. News365.az xəbər verir ki, bu barədə yerli media Ermənistan DİN-in mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Qeyd edilir ki, hazırda hadisə yerində əməliyyat qrupları işləyir. Nazirlik başqa təfərrüatları açıqlamayıb.

Universitetdən Sputnik Ermənistan-a verilən məlumata görə, saat 10:00-a qədər tələbə və müəllimlər binadan təxliyə ediliblər. Yarım saatdan sonra məlum olub ki, universitetdə heç bir təhlükə yoxdur və dərslər həmişəki qaydada davam etdirilib.


Youtube kanalımız

Oxşar xəbərlər