İrəvanda altı avtomobil toqquşub, 5 nəfər xəsarət alıb

İrəvanda altı avtomobil toqquşub, 5 nəfər xəsarət alıb
12:52

Keçən gecə İrəvan şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində altı maşın bir-birinə dəyib. Xəsarət alanlar arasında uşaqlar da olub.

News365.az-ın məlumatına görə, hadisə Komitas və Vaqarşyan küçələrinin kəsişməsində baş verib və qəzanın baş verməsi zamanı təcili tibbi yardım avtomobili də hadisə yerində olub.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib, onların vəziyyəti hazırda qənaətbəxş qiymətləndirilir.


Sizin reklam burada
Sizin reklam burada