“İrəvan Bakı ilə qaz alışı məsələsini müzakirə etməyə hazırdır“ - Alen Simonyan

“İrəvan Bakı ilə qaz alışı məsələsini müzakirə etməyə hazırdır“ -  Alen Simonyan
25 Apr 2024 15:34

Ermənistan Azərbaycandan qaz almaq məsələsini müzakirə etməyə hazırdır.

News365.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan keçirdiyi brifinqdə prezident İlham Əliyevin Ermənistanın Azərbaycandan qaz ala biləcəyi ilə bağlı bəyanatına münasibət bildirərkən deyib.

“Düşünürəm ki, bu, çox yaxşıdır. Buna müsbət yanaşıram. Biz bu məsələni müzakirə etməliyik. Məsələ onda deyil ki, Ermənistanın hazırda istifadə etdiyi qaz Azərbaycana aid deyil. Qaz kəməri çəkmək və qazı təkcə Azərbaycandan deyil, həm də İrandan almaq üçün çox yaxşı variantdır. Bu barədə həmkarlarımla danışacağam” deyə o, qeyd edib.

“İnsanlar üçüncü ölkənin təhriki ilə Ermənistanla Azərbaycan arasında münaqişə yaratmaqla məşğuldur. Daha bəsdir. Mən istisna etmirəm ki, Ermənistan artıq Azərbaycan qazını alır, çünki Rusiyadan alınan qazın bir hissəsi Azərbaycanındır”, - Simonyan bildirib.


Youtube kanalımız

Oxşar xəbərlər