NATO-nun gələcəyi sual altındadır – Stoltenberq

NATO-nun gələcəyi sual altındadır – Stoltenberq
12:40

NATO-nun gələcək taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir və alyansın uzunmüddətli mövcudluğu ilə bağlı qəti təminat yoxdur.

News365.az xəbər verir ki, bu fikirləri NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq TV2 telekanalına müsahibəsində səsləndirib. O bildirib ki, alyansın mövcudluğu dəyişməz və “təbiət qanunu” kimi qəbul edilməməlidir.

Stoltenberq xatırladıb ki, ABŞ Prezidenti Donald Tramp ilk prezidentliyi dövründə dəfələrlə NATO-dan çıxmaq ehtimalını gündəmə gətirib. Bu açıqlamalar reallaşmasa da, sabiq baş katib belə ssenarilərin tam istisna edilmədiyini və vaxtının əvvəlcədən proqnozlaşdırılmasının mümkün olmadığını qeyd edib.

O, NATO üzvü olan ölkələri Trampın ritorikasına deyil, real addımlara diqqət yetirməyə çağırıb və alyans daxilində birliyin qorunmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, Donald Tramp daha əvvəl də ABŞ-ın NATO çərçivəsindəki siyasətinə yenidən baxa biləcəyini bildirib. Onun sözlərinə görə, Vaşinqton alyansa böyük maliyyə dəstəyi göstərsə də, bəzi beynəlxalq məsələlərdə, o cümlədən İranla bağlı gərginlikdə yetərli dəstək görməyib.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada