Ermənistana hibrid təhdidlərə qarşı Aİ missiyası göndəriləcək

Ermənistana hibrid təhdidlərə qarşı Aİ missiyası göndəriləcək
13:35

Avropa İttifaqı Ermənistana yeni mülki missiya göndərmək qərarına gəlib.

News365.az xəbər verir ki, bu barədə “Azatutyun” məlumat yayıb. Bildirilib ki, Aİ səfirləri Brüsseldə keçirilən görüşdə qərarı təsdiqləyərək növbəti mərhələ üçün yol açıblar. Yekun təsdiqin isə gələn həftə Aİ xarici işlər nazirlərinin toplantısında verilməsi gözlənilir.

Qərara əsasən, yeni missiya Ermənistanın dövlət qurumlarına strateji və praktiki dəstək göstərməyi, eləcə də ölkənin hibrid təhdidlərə qarşı dayanıqlığını gücləndirməyi hədəfləyir.

Missiyanın fəaliyyət istiqamətlərinə siyasət hazırlığına yardım, kiberhücumlar, xarici informasiya manipulyasiyaları və qanunsuz maliyyə axınlarının aşkarlanması və qarşısının alınması daxildir.

Eyni zamanda, missiyanın Aİ standartlarına uyğun şəkildə Ermənistanın təhlükəsizlik imkanlarının qiymətləndirilməsi və bu sahədə zəruri islahatlara dəstək verməsi planlaşdırılır.

News365.az


Sizin reklam burada
Sizin reklam burada