İraq prezidentini seçir: baş nazir isə O olacaq...

İraq prezidentini seçir: baş nazir isə O olacaq...
25 Yan 2026 23:57

İraq parlamenti çərşənbə axşamı ölkənin yeni prezidentini seçmək üçün toplanacaq və daha sonra baş nazir təyin edəcək: namizədliyi ölkənin ən böyük şiə bloku tərəfindən təsdiqləndikdən sonra isə Nuri əl-Malikinin baş nazir olacağı gözlənilir.


News365.az xəbər verir ki, bu barədə “İNA press" məlumat yayıb.


“Bir qayda olaraq baş nazir postunu şiə, parlamentin sədri vəzifəsini sünni, prezident postunu isə əsasən kürd tutur”, - məlumatda deyilib.


Parlamentin spikeri Heybət əl-Halbussi bazar günü yeni parlamentin prezidenti seçmək üçün çərşənbə axşamı toplanacağını bildirib.


Bundan sonra prezidentin adətən seçkidən sonrakı ittifaqlar vasitəsilə yaradılan ən böyük şiə bloku tərəfindən namizədliyini irəli sürdüyü baş naziri təsdiq etmək üçün 15 gün vaxtı olacaq. Ötən gün şiə fraksiyalarından ibarət Koordinasiya Strukturu alyansı keçmiş baş nazir Malikini ölkənin növbəti baş naziri kimi təsdiqləyib.


Qeyd edək ki, prezident postunu adətən Kürdüstan Vətənpərvərlər Birliyinin namizədi tutur. Bu il rəqib Kürdüstan Demokratik Partiyası öz namizədini irəli sürüb - xarici işlər naziri Fuad Hüseyn.


Sizin reklam burada
Sizin reklam burada