İsrail Müdafiə Qüvvələri (ÇAXAL) İran Hava Hücumundan Müdafiə Qüvvələrinin yeni Baş Qərargah rəisi, SEPAH generalı Əli Şadmanini öldürüb. Bu barədə ÇAXAL-ın Telegram kanalı məlumat yayıb.
Qeyd olunub ki, qurumun Kəşfiyyat İdarəsi dəqiq kəşfiyyat məlumatı alıb.
“ÇAXAL Tehranın mərkəzində yerləşən komplektləşdirilmiş komanda mərkəzinə zərbə endirib və ordunun baş qərargah rəisi, ən yüksək rütbəli hərbi komandir, İranın ali lideri Əli Xamneyinin ən yaxın adamı sayılan Əli Şadmanini öldürüb”, - deyə İsrail Müdafiə Nazirliyinin bəyanatında bildirilir.
Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və bəzi yaşayış kompleksləri olub.
Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib. Artıq bir neçə gündür ki, hər iki ölkə qarşılıqlı şəkildə bir-birinin ərazisini bombalayır.
Tural