2000-ci illərin əvvəllərindən etibarən İran raket sənayesinin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirməyə başlayıb. Hazırda ölkənin 6 raket sinifi mövcuddur və İsraillə mövcud müharibədə əsasən “Şahab” və “Xürrəm Şah 4” tipli raketlərdən istifadə edilir.
Bu barədə News365.az-a açıqlamasında hərbi ekspert Ramil Məmmədli məlumat verib.
Onun sözlərinə görə, “Xürrəm Şah 4” raketləri daha müasir sayılır və digər raketlərlə müqayisədə sürət, hədəfi aşkarlama və dəqiqlik baxımından üstünlüklərə malikdir. Bu raketlərin uçuş məsafəsi 1700–2500 km arasında dəyişir.
Ekspert əlavə edib ki, İranın əvvəlki nəsil “FETV” və “Şahab” raketlərinin isə uçuş məsafəsi 200–1700 km aralığındadır.
Qeyd edək ki, “Xürrəm Şah 4” bəzi mənbələrdə “Xeybər” adı ilə də tanınır.