Türkiyə Xarici İşlər Nazirliyi İsrailli nazirlərin Əl-Əqsa məscidinə basqın etməsi ilə bağlı bəyanat yayıb:
"İsrail polisinin mühafizəsi altında bəzi İsrailli nazirlərin və İsrailli məskunlaşmaçı qrupların bu gün Əl-Əqsa məscidinə təşkil etdikləri basqını ən sərt şəkildə qınayırıq." – deyə Nazirliyin yazılı açıqlamasında bildirilib.
News365.az xəbər verir ki, açıqlamada qeyd olunub ki, Əl-Əqsa məscidinin təhlükəsizliyinin və Qüdsün müqəddəs kimliyinin qorunması təkcə bölgə üçün deyil, bütün insanlığın ortaq vicdanı adına əsas məsuliyyətdir.
"İsrailin bu sistematik təxribatları və son dövrlərdəki ilhaq çağırışları iki dövlətli həllin əsaslarını hədəfə alır və sülh ümidlərinə ciddi zərbə vurur." – deyə vurğulanan bəyanatda, sülhün bərqərar olunması çağırışı bir daha təkrar edilib.
Bəyanatda yenidən vurğulanıb:
"İsrail polisinin qoruması altında bəzi İsrailli nazirlərin və İsrailli məskunlaşmaçılarla birlikdə bu gün Əl-Əqsa məscidinə etdikləri basqını ən sərt şəkildə pisləyirik."