Ağdərədə yanğın başlayıb

Ağdərədə  yanğın başlayıb
03 Avq 2025 21:34

Ağdərə rayonunda meşə massivində yanğın başlayıb.

Yanğın rayonun Vəngli kəndi ərazisində meşə 1 massivindəki dağlıq ərazidə qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Tərtər və Ağdərə Rayonları Dövlət Yanğından Mühafizə Hissələrinin qüvvələri əraziyə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam edir.


Sizin reklam burada
Sizin reklam burada