İran hava məkanında uçuş qadağası yenə uzadıldı.
News365.az-ın yerli mətbuata istinadla xəbərinə görə, bunu İranın Yol və Şəhər İnkişafı Nazirliyinin nümayəndəsi Məcid Əhavan deyib.
Qeyd edək ki, qadağa iyunun 21-i saat 02:00-a kimi (Bakı vaxtı ilə 02:30) qüvvədə olacaq.
M.Əhavanın sözlərinə görə, hava məkanın bağlı qalması son hadisələrlə əlaqədar, sərnişinlərin və uçuşların təhlükəsizliyinin təmin olunması məqsədil daşıyır.
"Ölkədə vəziyyət normallaşmayana qədər hava məkanı ilə bağlı tətbiq olunan məhdudiyyətlər qüvvədə qalacaq”, - deyə Məcid Əhavan bildirib.