İranda iki İŞİD üzvü edam edilib

İranda  iki İŞİD üzvü edam edilib
11:16

İrandan Kərbəla ziyarətinə gedən zəvvarların avtobusunun partladılmasına görə təqsirləndirilən iki İŞİD üzvü edam edilib.

News365.az Tasnim-ə istinadən xəbər verir ki, bu barədə məhkəmə orqanları məlumat yayıb.

Qeyd edilib ki, Tehranın İlam əyalətində avtobusun partladılmasında iştirak edən İŞİD terrorçuları - Rəsulun oğlu Amanç Karavançi və Abdullah oğlu Arslan Şeyxi (Abdürrahman) barəsində çıxarılan edam hökmü icra olunub.

Xatırladaq ki, hadisə 2023-cü ildə baş verib və nəticədə bir azyaşlı ölüb.


Sizin reklam burada
Sizin reklam burada