"İranda hakimiyyət qolları arasında amansız mübarizə gedir"- Elçin Alıoğlu

"İranda hakimiyyət qolları arasında amansız mübarizə gedir"- Elçin Alıoğlu
17 İyl 2025 12:56

İranda son dövrlərdə baş verən siyasi proseslər fonunda bir sıra maraqlı məqamlar ön plana çıxır.

Politoloq Elçin Alıoğlu News365.az-a açıqlamasında bildirib ki, İranda bir neçə paralel hakimiyyət mərkəzi mövcuddur – dini, dünyəvi, iqtisadi, siyasi və hərbi hakimiyyətlər. Bu hakimiyyət qolları arasında uzun illərdir davam edən, lakin daha da kəskinləşən gizli mübarizə indi açıq mərhələyə keçməyib, amma gərginlik aydın şəkildə hiss olunur.

Politoloqun sözlərinə görə, bu mübarizədə nə qəti qalib var, nə də tam məğlub. Lakin ümumi mənzərədə İranda sistemin özü, bütün hakimiyyət strukturları zəifləyib və bu, ölkədəki siyasi qeyri-müəyyənliyi daha da artırır.

Elçin Alıoğlu qeyd edib ki, Qəzizadə Haşiminin prezidentliyi dönəmində baş verənlər və baş verəcək proseslər birbaşa İran prezidentliyinə bağlanır. Amma nəzərə almaq lazımdır ki, İran prezidentinin səlahiyyətləri məhduddur və əsas qərarlar yalnız sosial, iqtisadi və xarici siyasət sahələrini əhatə edir. Əsas strateji məsələlər – o cümlədən hərbi, təhlükəsizlik və ideoloji məsələlər – ali dini lider Ayətullah Əli Xameneiyə tabedir.

Politoloq əlavə edib ki, Qəzizadə Haşimiyə qarşı çıxan qüvvələr, əslində, İranın ali dini rəhbərliyinə qarşı çıxış edirlər. “Qəzizadə Haşimi özü də yaxşı anlayırdı ki, İsrailin onu fiziki olaraq aradan qaldırmaq planı yoxdur. Əsas mübarizə İran daxilində gedir və bu mübarizənin baş qəhrəmanları da, hədəfləri də daxildədir,” – deyə Alıoğlu bildirib.

Sonda politoloq İran parlamentində adları tez-tez hallanan "mifik 30 deputat" məsələsinə toxunaraq bildirib ki, onların kimliyi hələ də qaranlıqdır və bu, ölkə daxilindəki güc balansının tam aydın olmadığını göstərir.


Sizin reklam burada
Sizin reklam burada