İran vurduğu F-35 qırıcısının fotosunu yaydı - FOTO

İran vurduğu F-35 qırıcısının fotosunu yaydı - FOTO
14 İyn 2025 12:57

İrana hücumlar zamanı F-35 qırıcı təyyarəsi vurulub. Bu barədə xarici KİV məlumat yayıb. Mehr dövlət agentliyi Telegram kanalında vurulan Amerika istehsalı olan qırıcının fotosunu da yayıb. Nəşr yazıb ki, fotoda İran hakimiyyətinin iyunun 13-də vurulduğunu iddia etdiyi İsrailə məxsus F-35 qırıcı təyyarəsinin qalıqları əks olunub. 

"İranın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan F-35 qırıcısının qalıqlarının fotoşəkili", - fotoşəkilin təsvirində deyilir.


Şəkildə qırıcı təyyarənin gövdəsi və yanan ucluğu görünür.

Xatırladaq ki, İsrail iyunun 13-nə keçən gecə İranın nüvə və raket proqramlarına zərər vurmaq üçün "Am KeLavi" (Şir kimi millət) əməliyyatına başladığını elan edib. ÇAXAL Tehran və Natanz da daxil olmaqla bir neçə bölgədə əvvəlcədən müəyyənləşdirilmiş hədəflərə zərbələr endirib. Hədəflər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yerləşdiyi hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və yaşayış kompleksləri olub.

Belə bir gərginlik fonunda İranın ali dini lideri Əli Xamenei vətəndaşlara müraciət edib. O, gözlənilməz hücumlar nəticəsində bir neçə alim və yüksək rütbəli komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamneyi İsrailin zərbələrinə cavab məsələsində İran əsgərlərinə “hərəkət azadlığı” verdiyini bildirib.

Tural


Sizin reklam burada
Sizin reklam burada