IRAN İSRAIL QARŞIDURMASI - FƏLAKƏTDƏN DÖNÜLDÜMÜ?

IRAN İSRAIL QARŞIDURMASI - FƏLAKƏTDƏN DÖNÜLDÜMÜ?
15 Apr 2024 15:30

İranİsrail qarşıdurması onsuzda qarşıq olan qlobal geosiyasi arenanı bir qədər gərginləşdirdi.Baş verənlər təkcə müharibə təhdidini artırmadı, , həm də dövlətlərarası əlaqələri, əməkdaşlıqları zəiflətdi, yeni qütbləşmənin təməlini qoymuş oldu”-MƏŞHUR MƏMMƏDOV 

“Əslində gözlənilən idi. Günlər idi ki, tərəflər qarşlıqlı ittihamlar səsləndirir, müharibənin qaçılmaz olduğunu söyləyirdilər.Doğrudu böyük əksəriyyət bunu sadəcə hərbə, zorba, təhdid kimi qəbul edir, müharibəyə qədər gediləcəyini ehtimal etmirdilər. Amma olmadı . Gedildi. Özü də ildırım sürəti ilə. İranın dron hucumlarının müddəti 5 saat çəkdi.Başlayan kimi bitən qarşıdurmanın qəzəbi hələ soyumamış, qalibin kim olduğu bəlli olmamış , hər iki tərəf bayram etməyə başladı. . Məqsədə çatıldı dedi. .Məsələn İran rəhbərliyi bəyan etdi ki, İsrailə endirilmiş PUA və raket zərbələri nəticəsində "qarşıya qoyulmuş məqsədlərin hamısına çatılıb.. İsrail tərəfi isə İranın hücumda 210 "Shahed-238" zərbə PUA-sından və 36 ballistik raketdən istifadə etdiyini, onların 99 faizinin səmada zərərsizləşdirildiyini qeyd etdi və bunu qələbə saydı. Kimin daha doğru dedyi isə isə hələ ki, məlum deyil, belə görünür ki, yaxın zamanlarda heç bilinməyəcək də ..Amma o da fakdı ki, tərəflərin zəfər qeydinə baxmayraq gərginliyin ötüşdüyünü birmənalı söyləmək mümkün deyil.Millət vəkili Məşhur Məmmədovun gəldiyi qənaət belədi. Onun fikrincə bu qarşıdurma hələ uzun çəkəcək və nəticəsiz olacaq.

Politoloq Aytən Qurbanova isə bu qarşıdurmada tərəf tutan dövlətlərin sırasına diqqət çəkdi. 

- “5 saat davam edən müharibədə ABŞ başda olmaqla Qərb ölkələrinin böyük çoxluğu İsraili dəstəklədi İordaniya və Misir də İsrailin müdafiə hüqunu tanıdı. Suriya, Yəmən Livan və İraqsa İranın yanında olduqlarını gizlətmədilər .Belə bir mənzərə fonunda əsas mövqe təbii ki, ölkəmizə məxsusdu. Azərbaycan bir daha isbatladı ki, regionda sabitlik adası kimi təmkinli siyasət yürüdür və tərəf saxlamır . Rəsmi Bakının hazırkı təmkini sözsüz ki, düşünülmüş və ölçülü xarici siyasətə, milli maraqlara söykənir.”

  Görünən budur ki, regionda, ümumilkdə dünyada gesosiyasi durum çox gərgin və qarışıqdı. Qlobal miqyasda müşahidə edilən belə bir mürəkkəb şəraitdə Azərbaycanın sabit və sakit ölkə kimi təmkinini qoruması təkcə inkişafa xidmət etmir, həm də gələcək katlikzmlərin qarşısını almanı hədəfləyirir. 

News365.az


Youtube kanalımız

Oxşar xəbərlər