ABŞ Azərbaycana daha iki minatəmizləyən it verib

ABŞ Azərbaycana daha iki minatəmizləyən it verib
20 Sen 2024 17:44

Mina və partlamamış hərbi sursat təmizləmə işlərində iştirak etmək üçün ABŞ-dan Azərbaycana daha iki it gətirilib.

News365.az xəbər verir ki, bu barədə ABŞ-ın Azərbaycandakı səfiri Mark Libby “X” platformasında məlumat paylaşıb.

    Səfir itləri hava limanında qarşıladıqlarını və onların ANAMA-ya təqdim ediləcəyini bildirib.

    “Berta və Dum ANAMA-nın minaları və partlamamış hərbi sursatları təmizləmək missiyasına qoşulmaq üçün Azərbaycana gəlmiş altı minatəmizləyici itdən ikisidir. İtlər və onların zəhmətkeş ABŞ və Azərbaycan təlimçiləri Azərbaycanda icmaların daha təhlükəsiz şəraitində yaşayışı təmin etməkdə mühüm rol oynayırlar” – səfir əlavə edib.


    Youtube kanalımız

    Oxşar xəbərlər