Hazırda Azərbaycan
höküməti 2025-ci ilin dövlət büdcəsinin ilkin variantını müzakirə edir. Müzakirələr
zamanı bəzi maraqlı məqamlar ortaya çıxıb. Onlardan biri də odur ki, Azərbaycan
növbəti ildə hərbi xərclərini azaldır. Baxmayaraq ki, qonşu Ermənistan növbəti
il üçün nəzərdə tutduğu dövlət büdcəsində hərbi xərcləri kəskin şəkildə
artırıb.
Məsələ ilə
bağlı fikirlərini News365.az –la bölüşən
iqtisadçı ekspert Vüqar Bayramov bildirib ki, Ermənistanın hələ də silahlanmaya
üstünlük verməsinə rəğmən Azərbaycan 2025-ci ildə hərbi xərclərini 468.0 milyon
manat (275.2 milyon dollar) azaldaraq bərpa və inkişafa əhəmiyyətli vəsait
ayırmaqda davam edəcək:
“Ermənistanın
30 illik işğal müddətində tamamilə dağıdıb xarabalığa çevirdiyi Qarabağ və Şərqi
Zəngəzurun qurulmasına isə Azərbaycanın dövlət büdcəsindən gələn il 4.0 milyard
manat (2.352 milyard dollar) ayrılacaq.
Bu işğaldan
azad olunan ərazilərimizdə intensiv quruculuğun davam edəcəyini bir daha təsdiq
edir. Bu həmçinin Azərbaycanın zəfəri ilə regionda formalaşmış yeni düzənin
daha da möhkəmlənməsi anlamına gəlir”.
News365.az