“Ermənistanın Azərbaycana müqavimət göstərməyə potensiyalı yoxdur" - Ədalət Verdiyev

“Ermənistanın Azərbaycana müqavimət göstərməyə potensiyalı yoxdur" - Ədalət Verdiyev
20 Sen 2024 10:38

“Ermənistanın öz potensiyalı Azərbaycana qarşı müqavimət göstərməyə imkan vermir”

Hərbi ekspert Ədalət Verdiyev bunu News365.az-a açıqlamasında deyib.

"Naxçıvan və Laçın istiqamətində Ermənistanın ağır artileriya vasitələri ilə təchiz olunan yeni hərbi hissələr yaratdığının şahidiyik. Naxçıvanı hədəf götürməsi Azərbaycanın Naxçıvanla əlaqəsinin təmin edilməməsi bu dəhlizin açılması prosesini ləngitmək məqsədi daşıyır. Digər tərəfdən isə əraziyə Avropadan olan ölkələrin, ABŞ və Fransanın intensiv bir şəkildə daxil olması üçün şərait yaratmağa çalışır. Ermənistanın öz potensiyalı Azərbaycana qarşı müqavimət göstərməyə imkan vermir”- deyə fikirlərini bildirib.


Vəfa Vəliyeva, News365.az


Youtube kanalımız

Oxşar xəbərlər