Ermənistan Azərbaycanla qarşı-qarşıya gəlmək iqtidarında deyil” Politoloq

Ermənistan Azərbaycanla qarşı-qarşıya gəlmək iqtidarında deyil” Politoloq
20 Sen 2024 10:47

"Ermənistan Azərbaycanla qarşı-qarşıya gəlmək iqtidarında deyil”

Politoloq Aytən Qurbanova bunu News365.az-a açıqlamasında deyib.

"Sentyabr ayı təsadüf seçilmiş zaman kəsimidir. Sentyabr ayı Qarabağ məsələsində dönüm nöqtəsi olub. İstər 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi və 2023-cü ilin 19-20 sentyabr tarixində həyata keçirilmiş antoterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazilərinə suverenliyinin bərpa olunması.  COP29 ərəfəsində, yenə də 20 sentyabrda Ermənistanın  təxribata hazırlaşması və onun arxasında dayanan siyasi qüvvələrin verdikləri mesaj, Ermənistanın hərbiləşdirilməsi istiqamətimdə kifayət qədər yüksək maliyyə vəsaitinin ayrılması onu göstərir ki, Ermənistan təxribata hazırlaşır. Ermənistan Azərbaycanla qarşı-qarşıya gəlmək, hansısa bir hərbi qarşıdurmaya davam gətirmək iqtidarında deyil. İstər hərbi olaraq, istər iqtisadi istərsə də siyasi olaraq”-deyə fikirlərini bildirib. 


Vəfa Vəliyeva News365.az


Youtube kanalımız

Oxşar xəbərlər