Azərbaycanlı gənclərin layihəsi qazandığı uğurlar səbəbi ilə ABŞ-a dəvət olunub

Azərbaycanlı gənclərin layihəsi qazandığı uğurlar səbəbi ilə ABŞ-a dəvət olunub
20 Sen 2024 21:00

Azərbaycanlı gənclərin layihəsi qazandığı uğurlar səbəbi ilə ABŞ-a dəvət olunub

News365.az xəbər verir ki, gənclər Azərbaycanlı iş adamlarını onlara dəstək verməyə çağırırlar. Azərbaycanı dünyada keçirilən müxtəlif elm, texnologiyalar və startap müsabiqələrində təmsil edən SkyBee dron komandası son zamanlar qazandığı uğurlar səbəbi ilə ABŞ-da keçiriləcək Dünya Startap Kubokunun Grand Final mərhələsinə dəvət olunub.

Startap komandası son 1 il ərzində göstərdiyi uğurlu fəaliyyəti ilə bağlı dünyadan bir çox şirkətin və investorların diqqətini öz üzərinə cəlb edib. Burada komandanın Londonun, Budapeştin və Varşavanın startap eko-sistemlərində göstərdiyi performanslar və ən son Pakistanın Lahore şəhərində regional çempionatda qazandığı birincilik faktoru xüsusi rol oynayır. Komanda Amerika və Mərkəzi Avropa ölkələrindən olan investorlardan onların eko-sistemlərində şirkət qurmaq şərti ilə investisiya təklifləri alıblar.

“Biz bu mərhələyə gəlmək üçün ömrümüzdən 3 ilimizi sərf etmişik. Bugün həyatımızın bəlkə də ən kritik dönəmindəyik. Bu mərhələni də uğurla keçsək artıq startapımızın önündə heç bir maneə qalmayacaq və biz unicorn şirkətə çevrilmə istiqamətində sürətli addımlar atacağıq. Bu təkcə bizim deyil, region gənclərinin də gələcəyinə güclü təsir edəcək. Bizim bu müsabiqəyə qatıla bilmək üçün sadəcə 10 gün vaxtımız var. Viza və təyyarə biletlərin alınmasının, çap məhsullarının hazırlanmasının və müsabiqəyə hazırlaşmağın müəyyən bir vaxt aldığını nəzərər alaraq bizim proseslərə təcili başlamağımız lazımdır. Biz əlimizdə olan bütün resursları həm dronun hazırlanmasına və sınağına, həm də Pakistanda keçirilən beynəlxalq müsabiqəyə qatılmağa sərf etmişik. Bizim Amerikaya olan səfərimizin maddi cəhətdən qarşılanması lazımdır. Bu səbəblə xaricdə və Azərbaycanda yaşayan iş adamlarını layihəmizi dəstəkləməyə çağırırıq. Biz bu müsabiqədə ölkəmizin bayrağını yüksəldəcəyimizdən əminik. Bunu daha öncə də etdik, bir ay öncəki nəticələrimiz göz önündədir.

Bizim Vahid Ələkbərov, İlham Rəhimov, Araz Ağalarov, Emin Ağalarov, Mübariz Mənsimov, Qod Nisanov kimi dünyada tanınan iş adamlarımız var. Onların Azərbaycan gənclərinə etdiyi müxtəlif dəstəkləri dəfələrlə görmüşük. Bu səbəbdən layihəmizin həm dünya, həm ölkəmiz üçün əhəmiyyətini, həm də startapımız üçün kritik dönəm olmasını nəzərə alaraq, 2 gün ərzində bizə dəstək vermələrini rica edirik.

Bizə dəstək veriləcəyi təqdirdə hazırladığımız dron prototipinin ABŞ-ın San-Fransisko şəhərinə aparılması istiqamətində aidiyyatı üzrə dövlət qurumlarının da xüsusi həssaslıq göstərməsini və dronun müsabiqədə iştirakının təmin edilməsini xahiş edirik.”

Qeyd edək ki, SkyBee vəhşi arı ailələrinin kütləvi ölümü nəticəsində təbii tozlandırma prosesinin pozulması və məhsuldarlığın aşağı düşməsi halları ilə mübarizə aparan dronlarla süni tozlandırma startapdır. BMT-nin statistikasına görə 1992-ci ildən bugünə qədər bütün dünyada 85% vəhşi arı ailələrinin və digər həşaratların ölümünü nəzərə alarsaq, startapın dünya üçün çox böyük əhəmiyyət kəsb etdiyini görmək olar


Youtube kanalımız

Oxşar xəbərlər