Bu Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olunacaq

Bu Azərbaycan vətəndaşı ölkəmizə ekstradisiya olunacaq
20 Sen 2024 18:04

Azərbaycan vətəndaşı Məmmədov Allahverdi Mirzə oğlu Almaniyadan Azərbaycana ekstradisiya olunacaq.


Bu barədə news365.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.


Bildirilib ki, Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib:


"Allahverdi Məmmədovun dələduzluq, rüşvət verməyə təhrik etmə, rəsmi sənədi saxtalaşdırma və qanunsuz miqrasiya təşkil etməyə cəhd cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Hazırda təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə zəruri tədbirlər görülür".


Youtube kanalımız

Oxşar xəbərlər