Bakıda binada yanğın: maşın yandı, sakinlər təxliyə edildi

Bakıda binada yanğın: maşın yandı, sakinlər təxliyə edildi
20 Sen 2024 23:50

Bakının Nərimanov rayonunda binada yanğın olub.


News365.az APA-ya istinadən xəbər verir ki, yanğın Həsənoğlu küçəsində yerləşən onaltı mərtəbəli binanın qarajında baş verib.


Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və qüvvələri əraziyə cəlb olunub.


Yanğınla əlaqədar bina sakinləri təxliyə edilib.


Məlumata görə, qarajda "Mersedes" markalı minik avtomobili yanıb. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.


Youtube kanalımız

Oxşar xəbərlər