İran dövlət televiziyasında İsrailə hücumun saxta görüntüləri paylaşılıb - FOTO/VİDEO

İran dövlət televiziyasında İsrailə hücumun saxta görüntüləri paylaşılıb -  FOTO/VİDEO
15 Apr 2024 18:37

“Əl-Ərəbiyyə” xəbər verib ki, dünən İranın dövlət televiziyası olan İRİNN İsrailə qarşı hücumun nəticəsi kimi Çilidə baş verən yanğının görüntülərini paylaşıb.

Məlumata görə, İsrail XİN İran televiziyasını saxta təbliğat yaratmaqda ittiham edərək “X” hesabında yazıb:

“Solda: İran dövlət televiziyası bunun İsraili vuran İran raketindən görüntülər olduğunu iddia edir. Sağda: Fevral ayında Çilidə baş vermiş yanğından eyni görüntülər. İran rejiminə xatırlatma: Müdafiə sistemlərimiz onların raketlərinin 99%-ni məhv edib”, - deyə İsrail XİN qeyd edib.


Youtube kanalımız

Oxşar xəbərlər