İranın Urmiya həbsxanasında İsrailin kəşfiyyat agentliyi Mossad-a casusluq və qaçaqmalçılıq işi ilə bağlı ittiham edilən 3 nəfər edam edilib. Bu barədə Fars xəbər agentliyi məlumat yayıb. Nəşr edam edilənləri sionist rejimin üzvü kimi təqdim edib.
Hökmün iyunun 25-i səhər saatlarında icra olunduğu dəqiqləşir. İstintaqın məlumatına görə, təqsirləndirilən şəxslər terror aktları törətmək üçün İrana avadanlıq gətirməyə cəhd ediblər. Cinayətkarlar onu spirtli içki partiyası kimi maskalayıblar.
Xatırladaq ki, iyunun 22-də İran İsrail casusu olduğu iddia edilən daha bir nəfəri edam etmişdi. Nour News xəbər verir ki, agent İranla bağlı gizli məlumatları, o cümlədən ayrı-ayrı şəxslərlə bağlı informasiyaları Mossad-a ötürürmüş.
Bu gün Fars agentliyi həmçinin İranda saxlanılan agentlərin sayını açıqlayıb. Məlumata görə, İsraillə silahlı münaqişə başlayandan bəri İranın hüquq-mühafizə orqanlarının əməkdaşları azı 700 nəfəri İsrail kəşfiyyat xidmətlərinə işləməkdə şübhəli bilərək saxlayıblar.
Tural