İranda saxlanılan agentlərin sayı açıqlanıb. Fars xəbər agentliyinin yaydığı məlumata görə, İsraillə silahlı münaqişə başlayandan bəri İranın hüquq-mühafizə orqanlarının əməkdaşları azı 700 nəfəri İsrail kəşfiyyat xidmətlərinə işləməkdə şübhəli bilərək saxlayıblar.
Nəşrin məlumatına görə, ən çox həbslər İsfahan, Kirmanşah, Fars, Xuzistan və Luristan əyalətlərində qeydə alınıb.
Bir gün əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrailin İranın nüvə proqramına son qoymağa nail olduğunu bildirmişdi.
İyunun 24-də isə ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında atəşkəsin qüvvəyə mindiyini elan edib. Ağ Ev rəhbəri tərəfləri onu pozmamağa çağırıb.
Tural