"İnter" yeni transferini açıqladı

"İnter" yeni transferini açıqladı
07 İyn 2025 17:54

İtaliyanın "İnter" klubu yeni futbolçu transferini açıqlayıb.   

News365.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin rəsmi saytında məlumat verilib. 

Bildirilib ki, Fransanın "Marsel" komandasından yarımmüdafiəçi Luis Enrike heyətə cəlb edilib. 23 yaşlı oyunçu ilə 5 illik müqavilə imzalanıb. 

Qeyd edək ki, Luis Enrike 2024/2025 mövsümündə "Marsel" forması ilə bütün turnirlərdə 35 oyun keçirib, 9 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.


Sizin reklam burada
Sizin reklam burada