İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunub saxlanılması fonunda Türkiyə Böyük Millət Məclisində (TBMM) gərgin anlar yaşanıb.
Axar.az xəbər verir ki, məlumatı Türkiyə mediası yazıb.
Bildirilib ki, CHP-nin parlamentdəki qrupunun sədr müavini Əli Mahir Başarır kürsüdən çıxış edərək İmamoğlunun saxlanılmasına sərt etiraz edib.
Onun çıxışı zamanı bütün CHP-çi millət vəkilləri kürsüyə çıxaraq etiraz aksiyası keçiriblər.
Məclisdə yaranan gərginlik səbəbindən iclasa rəhbərlik edən Sırrı Süreyya Öndər sakitliyi təmin edə bilməyib və fasilə vermək məcburiyyətində qalıb.