İlon Mask Trampın impiçment edilməsini İSTƏDİ

İlon Mask Trampın impiçment edilməsini İSTƏDİ
06 İyn 2025 10:18

Xəbər verdiyimiz kimi, milyarder İlon Maskla ABŞ prezidenti Donald Tramp arasında münasibətlər pisləşib. 

News365.az-ın məlumatına görə, İlon Mask X sosial şəbəkəsindəki yazıda bildirib ki, Donald Tramp impiçment edilməli və onun yerinə vitse-prezident Ceyms Vens gətirilməlidir.  Mask və Tramp arasında münaqişə milyarderin NASA-dakı kadr qərarlarından və prezidentin vergi qanunundan narazı olması və bundan sonra şəxsən bir-birini tənqid etməyə başlaması səbəbindən başlayıb. Milyarder deyib ki, Tramp onun köməyi olmasaydı, seçkidə qalib gələ bilməzdi və o, “Epstein faylları”nda da görünür. Dolayısı ilə Mask Trampı pedofiliyada da ittiham edib. 

Tramp isə Mask haqqında deyib: "Büdcəmizdə milyardlarla dollar qənaət etməyin ən asan yolu Maskın hökumət subsidiyalarını və müqavilələrini ləğv etməkdir!" Prezident bildirib ki, "İlon ipin ucunda idi” və o, ondan ABŞ administrasiyasını tərk etməsini istəyib.


Sizin reklam burada
Sizin reklam burada