“Sülhdən hər kəs danışır. Müharibə edən də, müharibəyə hazırlaşan da. Sülhü dilə gətirənlər çoxdur. Amma real dülhdən söhbət gedirsə demək olar ki, burada Azərbaycandan başqa heç bir dövlət yoxdur.”
Bunu News365.az-a təhlükəsizlik eksperti İlham İsmayıl bildirib.
“Biz problemimizi həll etmişik. Suverenliyimizi bərpa etmişik. Sadəcə anklav msələlər qalıb. Bu da sülh müqaviləsi vasitəsilə həll olunacaq. Bu çox vacibdir. Sülh müqaviləsi ona görə vcibdir ki, bölgədən qlobal güclər hansısa məqsəd üçün istifadə etməsinlər. Paşinyan da sülhdən çox danışır, amma etdiyi hərəkətlər indiki həssas dövrdə başqa mənalar ifadə edir”