İki min uşağı vətənə qaytarmışıq Zelenski

İki min uşağı vətənə qaytarmışıq Zelenski
17 Fev 2026 23:00

Rusiyanın nəzarətində olan ukraynalı uşaqların ölkəyə qaytarılması istiqamətində mühüm nəticə əldə edilib. Artıq 2 min azyaşlı ukraynalının vətənə qaytarılmasına nail olmuşuq.

News365.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Feysbuk səhifəsində yazıb.

“Bu gün mühüm nəticə əldə etmişik, belə ki, “Bring Kids Back UA” təşəbbüsü çərçivəsində Rusiyanın nəzarətində olan ərazilərdən evlərinə qaytarılan ukraynalı uşaqların sayı 2 minə çatıb”, - deyə o yazıb.

Onun sözlərinə görə, hər bir uşağın geri qaytarılması gündəlik aparılan fəaliyyət nəticəsində mümkün olub və bu prosesdə, xüsusilə, ictimai təşkilatlar və beynəlxalq tərəfdaşlar iştirak ediblər.

Zelenski ukraynalı uşaqların gələcəyi uğrunda mübarizəyə qoşulan hər kəsə təşəkkürünü bildirib.

“Qarşıda bizi hələ uzun və çətin yol gözləyir. Minlərlə ukraynalı uşaq hələ də girov vəziyyətindədir. Lakin biz hər bir ukraynalı uşağı evinə qaytarana qədər dayanmayacağıq”, - deyə Ukrayna Prezidenti qeyd edib.


Sizin reklam burada
Sizin reklam burada