İki il sonra hərbi formada və general rütbəsi ilə iclas keçirdi

İki il sonra hərbi formada və general rütbəsi ilə iclas keçirdi
25 İyl 2025 17:26

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general kimi ilk dəfə hərbi formada iclas keçirib. 

News365.az xəbər verir ki, 17 aprel 2023-cü il tarixində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsinə təyinat alan Mürsəl İbrahimova 25 iyun 2025-ci il tarix İbrahimova general-mayor ali hərbi rütbəsi verilib. Bu barədə ölkə başçısı sərəncam imzalayıb. 

2023-cü ildən görüş və iclaslarını mülkü formada keçirən Dövlət Xidmətinin rəisi bu gün iyul çağırışının gedişatı ilə bağlı Mərkəzi Çağırış Komissiyasının iclasında ilk dəfə olaraq genral-mayor ali rütbəsində hərbi formada görüntülənib.

Qeyd edək ki, o, 1992-ci ilin avqust ayında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə xidmətə qəbul olunaraq, nazirliyin qurumlarında, o cümlədən Daxili Təhqiqatlar İdarəsinin əməliyyat, ərizə və şikayətlər şöbələrində müxtəlif vəzifələrdə xidmət keçib. 

2006-cı ilin sentyabr ayından xidməti Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyində (Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti) davam etdirib, İnspektorluq İdarəsində müxtəlif zabit, şöbə rəisi vəzifələrində xidmət keçmişdir. 2008-ci ilin aprel ayında həmin idarənin rəis müavini, 2011-ci ilin may ayından isə nazirliyin Kadrlar Baş İdarəsinin rəis müavini vəzifələrində xidmətini davam etdirib. 2015-ci ilin noyabr ayında öz arzusu ilə polkovnik rütbəsində təhlükəsizlik orqanlarının ehtiyatına buraxılıb. 


Sizin reklam burada
Sizin reklam burada