Hücum günü İran bütün nüvə obyektlərini bağlayıbmış

Hücum günü İran bütün nüvə obyektlərini bağlayıbmış
16 Apr 2024 10:50

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) direktoru Rafael Qrossi diqqət çəkən açıqlama verib. BMT Təhlükəsizlik Şurasının "Zaporojye" AES-ə həsr olunmuş iclası çərçivəsində keçirilən mətbuat konfransında Rafael Qrossiyə Təl-Əvivin İranın nüvə obyektlərinə cavab zərbəsi endirməsinin mümkünlüyü barədə sual verilib. O, İsrailə hücum olan günü İranın öz nüvə obyektlərini bağladığını deyib.

"Biz hələ də belə bir ehtimaldan narahatıq" deyən MAQATE rəhbəri qurum rəsmilərinin əldə etdiyi məlumatlardan da söz açıb.

“Sizə İrandakı müfəttişlərimizə Tehran hökumətinin bu barədə məlumat verməsi barədə danışa bilərm. Bazar günü hər gün təftiş etdiyimiz bütün nüvə obyektləri təhlükəsizlik baxımından bağlı qalıb”, - o qeyd edib.

Onun sözlərinə görə, İran obyektlərinin yenidən açılacağı gözlənilir: "Vəziyyət tamamilə sakitləşənə qədər müfəttişlərin geri qayıtmasına icazə verməmək qərarına gəldim". Qrossi mühüm obyektlərin bağlanmasının təftiş fəaliyyətlərinə heç bir təsir göstərmədiyini əlavə edib.

Tural


Youtube kanalımız

Oxşar xəbərlər