Bakı və Tbilisi arasında qatar səfərinin qiyməti müəyyənləşdi

Bakı və Tbilisi arasında qatar səfərinin qiyməti müəyyənləşdi
16:07

Bakı–Tbilisi–Bakı marşrutu müasir “Stadler” qatarları ilə həyata keçiriləcək.

Bu barədə News365.az-a Azərbaycan Dəmir Yollarından məlumat verilib.

Bildirlib ki, 2019-cu ildə istismardan çıxarılmış köhnə hərəkət tərkibi ilə müqayisədə bu yeni nəsil yataq tipli vaqonlar yüksək komfort, müasir interyer, fərdi xidmət və beynəlxalq standartlara uyğun rahat səyahət imkanları ilə seçilir.

Marşrut üzrə səyahət tarifləri:

• Bakı–Tbilisi: 81 AZN-dən

• Yevlax–Tbilisi: 67 AZN-dən

• Gəncə–Tbilisi: 62 AZN-dən

• Ağstafa–Tbilisi: 57 AZN-dən

• ⁠Böyük Kəsik–Qardabani: 51 AZN-dən başlayır.

Rəsmi məlumata görə, Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatarlar hər gün Bakıdan saat 23:10-da yola düşərək növbəti gün saat 08:41-də Tbilisiyə çatacaq.

Tbilisidən isə saat 21:00-da yola düşərək növbəti gün saat 06:24-də Bakıya çatacaq.

Qatar Azərbaycan ərazisində Bakı Dəmiryol Vağzalı, Biləcəri, Yevlax, Gəncə, Ağstafa və Böyük Kəsik stansiyalarında, Gürcüstan ərazisində isə Qardabani stansiyası və Tbilisi Dəmiryol Vağzalında dayanacaq.

Azərbaycan və Gürcüstan hökumətləri arasında Birgə Kommünikeyə əsasən, 26 may 2026-cı il tarixindən etibarən Bakı–Tbilisi–Bakı marşrutu üzrə sərnişin qatarlarının fəaliyyəti bərpa olunacaq


Sizin reklam burada
Sizin reklam burada